Ucnoqta.az
www.ucnoqta.az

Türkiyə prezidentinin daha bir yavəri saxlanıb

15:53 - 19 İyul 2016 tarixində dərc olunub.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın aviasiya məsələləri üzrə yavəri saxlanıb. "Report"un Türkiyə KİV-inə istinadən xəbər verir ki, podpolkovnik Erkan Kıvrak Antalya şəhərinin Serik rayonundakı otellərdən birində istirahət edərkən saxta şəxsiyyət vəsiqəsi ilə yaxalanıb.

E.Kıvrak istintaq tədbirlərinin aparılması üçün Ankaraya göndərilib.

Müəllif: Ucnoqta.az