Azərbaycanda 41 vəzifəli şəxs barəsində axtarış elan edilib

11:54 - 15 İyul 2016 - Xəbər

Bu il Azərbaycanda 41 vəzifəli şəxs barəsində axtarış elan edilib.Trend-in məlumatına görə, bunu Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən korrupsiyaya qarşı mübarizə sahəsində 2016-cı ilin I yarımili ərzində görülmüş işlərlə bağlı keçirilən mətbuat konfransında deyib.Onun sözlərinə görə, həmin şəxslərin 12-si yerli, 29-u beynəlxalq axtarışa verilib.
Bu il axtarışda olanlardan 9-u daxili işlər orqanları tərəfindən tutularaq istintaqa təhvil verilib.

Xəbər xətti