Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri Tereza Meyə təbrik məktubu göndərib.Trend-in məlumatına görə, təbrikdə deyilir:
"Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Baş naziri vəzifəsinə təyin edilməyiniz münasibətilə Sizi səmimi qəlbdən təbrik edirəm.
Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlər bizim üçün xüsusi əhəmiyyət daşıyır. Bu mənada dostluq əlaqələrimizin gündən-günə genişlənməsi və dərinləşməsi məmnunluq doğurur. Azərbaycanın neft-qaz yataqlarının işlənməsi, enerji daşıyıcılarının hasilatı və onların dünya bazarlarına ixracı sahələrində ölkələrimizi təmsil edən şirkətlərin birgə səmərəli işi qarşılıqlı faydalı əməkdaşlığımızın göstəricisidir.
Ümidvaram ki, Azərbaycan ilə Birləşmiş Krallıq arasında təşəkkül tapmış dostluq və əməkdaşlıq əlaqələrinin xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da müvəffəqiyyətlə davam etdirilməsi üçün birgə səylər göstərəcəyik.
Hörmətli xanım Baş nazir, bir daha Sizə təbriklərimi yetirir, möhkəm cansağlığı, xoşbəxtlik, Birləşmiş Krallığın dost xalqının rifahı naminə qarşıdakı məsul fəaliyyətinizdə uğurlar arzulayıram".