Qara Qarayev prospektinin bir hissəsi açılır- digər hissə bağlanacaq

17:01 - 14 İyul 2016 - Xəbər

Bu gün axşam saatlarından bir müddətdir aparılan təmir işləri ilə əlaqədar bağlanan Qara Qarayev prospektinin Rüstəm Rüstəmov küçəsi ilə kəsişməsində (Dakar meydanı)  avtonəqliyyat vasitələrinin hərəkəti tam bərpa olunacaq. 
"Azəravtoyol" ASC-dən verilən məlumata görə, qeyd edilən yolda hazırda son tamamlanma işləri aparılır. Yolcizgi və yolgöstərici xətlərinin çəkilişi işləri aparılır. İşlər bitən kimi metronun "Neftçilər" stansiyasının qarşısındakı hissə vətəndaşların istifadəsinə veriləcək.

Sabah səhər saatlarından etibarən isə prospektin Şirin Mirzəyev ("Qara Qarayev" m/s) və Rüstəm Rüstəmov ("Neftçilər" m/s) küçəsi arasında yerləşən köməkçi yolda təmir işlərinə başlanılacaq. Bununla əlaqədar köməkçi yol sabahdan etibarən qısa müddətlik avtonəqliyyat vasitələrinin hərəkəti üçün bağlanacaq. Köməkçi yolun uzunluğu 750 metr, eni isə 12 metrdir.
Qeyd edək ki, Qara Qarayev prospekti 6 hərəkət zolaqlı olmaqla, hərəkət hissəsinin eni 24 metrdir. İndiyədək prospektin Şirin Mirzəyev və Rüstəm Rüstəmov küçələri arasında yerləşən təqribən 1,2 km-lik hissəsi yüksək səviyyədə təmir edilib. Burada ikiqat olmaqla, 30 min kv. m sahədə yeni asfalt-beton örtüyünün döşənməsi işləri aparılıb.
Bundan başqa, piyada səkiləri bərpa olunaraq asfaltlanıb, yol boyu yeni səki daşları düzülüb, avtobuslar üçün cibli dayanacaqlar tikilib, kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırlaraq baxış qapaqları yenilənib. Bununlarla yanaşı, səth sularının kənarlaşdırılması üçün nəzərdə tutulmuş yağış-kanalizasiya sistemi işlək vəziyyətə gətirilərək yağış barmaqlıqları yenisi ilə əvəzlənib, 1 metr enində yeni yol ayrıcı tikilib, zəruri olan yerlərə yol nişanları qoyulub və piyada zolaqları salınıb.


Xəbər xətti