İdarə müdiri təqaüdə ayrılan direktorlarla görüşdü

12:55 - 16 İyul 2026 - ÖLKƏ İÇİ

‎Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova idarənin tabeliyində fəaliyyət göstərən rayon təhsil sektorlarında çalışmanın yaş həddinə çatmış məktəb direktorları ilə görüşüb.

Ucnoqta.az xəbər verir ki, rayon təhsil sektorlarında təşkil olunan görüşlərdə Şəki-Zaqatala Regional Təhsil İdarəsinin müdiri Günay Mahmudova ilə yanaşı, idarənin müdir müavini Hafız Pənahov, idarənin struktur bölmə rəhbərləri, Elm və Təhsil İşçiləri Həmkarlar İttifaqının rayon komitələrinin sədrləri və təqaüdə ayrılan məktəb direktorları iştirak ediblər.

‎Çay süfrəsi arxasında səmimi şəraitdə keçirilən görüşdə çıxış edən Günay Mahmudova uzun illər təhsil sahəsində səmərəli fəaliyyəti və əvəzsiz xidmətləri ilə seçilən direktorların əməyini yüksək qiymətləndirərək, onların zəngin təcrübəsinin gənc nəslə örnək olduğunu vurğulayıb. İdarə müdiri təqaüdə ayrılan direktorlara gələcək həyatlarında möhkəm cansağlığı, xoş günlər və uğurlar arzulayıb.

‎Daha sonra təqaüdə ayrılan məktəb direktorları çıxış edərək fəaliyyət illərinə dair xatirələrini bölüşüb, təhsil sahəsində qazandıqları təcrübə və nailiyyətlərdən bəhs ediblər.

‎Görüşün sonunda çalışmanın yaş həddinə çatmış məktəb direktorlarına Fəxri fərmanlar və xatirə hədiyyələri təqdim olunub.


Xəbər xətti