Prezident istefa verməlidir - Magyar

20:03 - 4 İyul 2026 - DÜNYA

Macarıstan hökuməti parlamentə 17-ci Konstitusiya Qanununa dəyişiklik layihəsi təqdim edib ki, bu da Prezident Tamaş Şujokun istefa verməsini tələb edir.

Ucnoqta.az bildirir ki, bu barədə Macarıstanın Baş naziri Peter Magyar məlumat verib.

Hökumət başçısı Macarıstan televiziya kanalları tərəfindən yayımlanan video müraciətində bildirib ki, bu düzəlişin qəbul edilməsi ilə Respublikanın hazırkı Prezidentinin səlahiyyət müddəti başa çatacaq. Magyar iddia edib ki, Şujok vəzifəsini yerinə yetirmədiyi üçün vəzifəsində qala bilməz və Viktor Orbanın rəhbərlik etdiyi əvvəlki hökumətin sui-istifadələrinə göz yumur.

Baş nazir Macarıstanın yeni konstitusiya hazırlayacağını və daha sonra milli referenduma təqdim ediləcəyini təsdiqləyib. 

Xəbər xətti