Paşinyan Rusiyanın Baş naziri ilə razılığa gəldi

12:18 - 2 İyul 2026 - DÜNYA

Paşinyan və Mişustin ikitərəfli məsələləri daha ətraflı müzakirə etmək barədə razılığa gəliblər.

Ucnoqta.az xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan Rusiyanın Baş naziri Mixail Mişustinlə telefon danışığı zamanı ikitərəfli məsələləri daha ətraflı müzakirə etmək barədə razılığa gəldiyini açıqlayıb.

"Telefon danışığı mənim təşəbbüsümlə baş tutub. Müzakirə olunan məsələlərin siyahısı mətbuat açıqlamasında təqdim edilib. Yaxın gələcəkdə daha ətraflı müzakirələrin aparılacağı barədə razılığa gəldik", - deyə o, Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen ilə brifinqdə bildirib.

Xəbər xətti