Ursula fon der Lyayen Ermənistana getdi

10:47 - 2 İyul 2026 - DÜNYA

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayenin təyyarəsi Yerevanın Zvartnots hava limanına eniş edib. O, Azərbaycana səfərindən sonra Yerevana işgüzar səfərə gəlib.

Ucnoqta.az xarici mətbuata istinadən xəbər verir ki, Avropa Komissiyasının rəhbərini hava limanında Ermənistan baş nazirinin müavini Mher Qriqoryan qarşılayıb.

Ursula fon der Lyayenin Yerevanda Ermənistanın baş naziri Nikol Paşinyanla danışıqlar aparacağı, bundan sonra hər iki tərəfin mətbuat üçün açıqlamalar verəcəyi və jurnalistlərin suallarını cavablandıracağı gözlənilir.

Xəbər xətti