İsrail İrana güclə zərbə endirəcək - Katz

22:26 - 29 İyun 2026 - DÜNYA

İsrail müdafiə naziri İsrael Katz yaxın günlərdə İranla müharibənin yenidən başlamasının mümkün olduğuna inanır.

Ucnoqta.az xəbər verir ki, Katz İsrail jurnalistləri üçün keçirilən brifinqdə deyib.
"Sabahdan etibarən İranla müharibə vəziyyətində ola bilərik. Siyasətimizi təkrarlayıram: İran İsrailə raket atsa, İsrail İrana güclə zərbə endirəcək. Bu, bir neçə gün ərzində baş verə bilər. İsrail Müdafiə Qüvvələri bunu gözləyir və yüksək hazırlıq vəziyyətindədir", - nazir bildirib.

İsrail müdafiə nazirinin sözlərinə görə, İranla müharibənin yenidən başlaması üçün iki ssenari mövcuddur.

O, İsrailin "Prezident Trampın seçdiyi yolda ona mane olmaq istəmədiyini" qeyd edərək bildirib. Lakin, "İran hücum edərsə, üçüncü İran müharibəsi olacaq", - Katz davam edib. Müdafiə Nazirliyi rəhbərinin sözlərinə görə, İran, xüsusən də İsrailin Livana hücumlarına cavab olaraq İsrailə hücum etmək imkanını nəzərdən keçirir.

Xəbər xətti