Rayonlarda yağış yağacaq, şimşək çaxacaq

16:38 - 29 İyun 2026 - ÖLKƏ İÇİ

Azərbaycanın rayonlarında iyunun 30-u gündüzdən iyulun 1-i axşamadək bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağışın intensiv və güclü olacağı, dolu düşəcəyi ehtimalı var.

Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi istisna olunmur.

Xəbər xətti