ABŞ-da daşqınlar nəticəsində ən azı dörd nəfər ölüb

09:43 - 29 İyun 2026 - DÜNYA

Kentukkidə güclü yağışların yaratdığı daşqınlar nəticəsində ən azı dörd nəfər ölüb.

Ucnoqta.az bildirir ki, NBC News bu barədə məlumat verib.

Ştatda fövqəladə vəziyyət elan edilib. Bəzi ərazilərdə daşqın çayları və güclü yağışlar suyun səviyyəsinin 20 sm-dən çox qalxmasına səbəb olub.

Son məlumatlara görə, 60-dan çox insan xilas edilib və təhlükəsiz yerlərə təxliyə edilib. Ən azı dörd nəfər ölüb. Bir neçə nəfər evlərinin zirzəmilərində qalıb.

Xəbər xətti