Saatlıda əməliyyat: İki nəfər həbs olundu

09:41 - 29 İyun 2026 - ÖLKƏ İÇİ

Saatlıda 8 kiloqram narkotik dövriyyədən çıxarılıb.

DİN-in mətbuat xidmətinin Şirvan regional qrupunda Ucnoqta.az-a verilən məlumata görə, Saatlı Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkotiklərin qanunsuz döviyyəsini təşkil etməkdə şübhəli bilinən 25 yaşlı Zamin Həsənli və həmyaşıdı Pərvin Sevindikov saxlanılıblar.

Onlardan 8 kiloqrama yaxın narkotik vasitə olan heroin və marixuana aşkarlanıb.

Faktla bağlı cinayət işi başlanılıb. Saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti