Rusiya yanacaq ehtiyatlarından istifadə etməyə başlayıb - Putin

20:33 - 28 İyun 2026 - İQTİSADİYYAT

Rusiya yanacaq ehtiyatlarından istifadə etməyə başlayıb, lakin benzin ehtiyatları ötən ilki səviyyədə qalır.

Ucnoqta.az xəbər verir ki, bunu Rusiya preizdenti Vladimir Putin bildirib. Putinin szlərinə görə, Rusiyada benzin ehtiyatları 1,7 milyon ton təşkil edir.
Putin qeyd edib ki, yanacaqdoldurma məntəqələrində növbələr var və tələb olunan benzin növləri həmişə mövcud olmur.
"Eyni zamanda, həm sürücülər, həm də müəssisələr üçün problemlərin davam etdiyini çox yaxşı bilirik. Təəssüf ki, yanacaqdoldurma məntəqələrində də növbələr var. Lazım olan benzin markasını tapmaq həmişə mümkün olmur. Əlbəttə ki, kənd təsərrüfatı istehsalçılarının və fermer təsərrüfatlarının yay aylarında üzləşdiyi çətinlikləri başa düşürük. Kənd təsərrüfatı müəssisələrinin lazımi yanacaqla təmin olunmasını təmin etmək üçün hər cür səy göstərməliyik".
Rusiya prezidenti həmçinin, dizel yanacağı ixracına tamamilə qadağa qoyulması ehtimalının müzakirə olunduğunu bildirib.

Xəbər xətti