Venesuela hökuməti özü Kubaya neft tədarük etməmək qərarına gəldi.
Ucnoqta.az xəbər verir ki, bu iddianı ABŞ Dövlət Katibi və Milli Təhlükəsizlik Müşaviri Marko Rubio Ağ Evdə jurnalistlər üçün keçirilən brifinqdə səsləndirib.
ABŞ Dövlət Katibi bildirib ki, "Kubaya qarşı heç bir neft blokadası yoxdur. Mövcud olan yeganə blokada venesuelalıların qərar verməsidir: Biz artıq sizə pulsuz neft tədarük etməyəcəyik".
ABŞ və Venesuela arasında yeni müqavilələrin şərtlərinə əsasən, onun neftinin satışından əldə edilən gəlirlər Vaşinqtonun nəzarətində olan hesablarda toplanır.
ABŞ Enerji Katibi Kris Rayt da bildirib ki, ABŞ Venesuelada istehsal olunan bütün neftin satışını müstəqil şəkildə həyata keçirmək niyyətindədir.