İsrail Hərbi Hava Qüvvələri İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) pilotsuz təyyarə qərargahına hücum edib.
Ucnoqta.az bildirir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin (İMQ) mətbuat xidməti məlumat verib.
Qeyd olunur ki, İsrail Hərbi Hava Qüvvələri İranın bir neçə bölgəsində onlarla hədəfə növbəti zərbə dalğasını tamamlayıb. Zərbələrin bir hissəsi olaraq, İMQ İran rejiminin İsrailə doğru dronlar atdığı İİKK-nın pilotsuz təyyarə qərargahını hədəfə alıbr.