"Hizbullah" döyüşçüləri Ras Baalbekin ətrafına sızan İsrail komando bölməsi ilə döyüşə giriblər.
Ucnoqta.az xəbər verir ki, bu barədə Telegram kanalında yayılan kommunikedə bildirilir.
Qeyd olunub ki, düşmən bölməsi gecə Suriya ərazisindəki Serqaiya yaxınlığındakı düzənliyə eniş edib və onun Livan sərhədinə doğru irəliləməsi müşahidə edilib. İslam müqavimət döyüşçüləri müvafiq silahlardan istifadə edərək sızan qüvvələrlə döyüşə giriblər.
İddia olunur ki, döyüşçülər İsrail helikopterlərindən birini vurmağı bacarıblar.