İranın xarici işlər naziri Abbas Əraqçi ABŞ prezidenti Donald Trampın İslam Respublikasının təslim olması tələbini rədd etdi və İran xalqının lazım olduğu qədər döyüşəcəyini bildirib.
Ucnoqta.az xəbər verir ki, Əraqçi NBC News-a verdiyi müsahibədə bildirib.
"Biz heç vaxt təslim olmayacağıq; lazım olduğu qədər müqavimət göstərəcəyik. Özümüzü müdafiə etməyə, ərazimizi, xalqımızı və şərəfimizi qorumağa davam edəcəyik. Şərəfimiz satılmır", - deyə o, qeyd edib.