ABŞ prezidenti Donald Tramp bildirib ki, ABŞ Ər-Riyaddakı səfirliyə edilən hücuma cavab verəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə NewsNation jurnalisti Kelli Meyer məlumat verib.
"Mən indicə Prezident Trampla danışdım və o dedi ki, Ər-Riyaddakı ABŞ səfirliyinə edilən hücuma və Amerika hərbçisinin öldürülməsinə cavabın necə olacağını tezliklə biləcəksiniz. O, həmçinin mənə qoşun göndərməyin vacib olduğunu düşünmədiyini də söylədi" - o, X sosial media saytında yazıb.