Ramazan ayının 9-cu günü: İmsak və iftar vaxtları

20:17 - 26 Fevral 2026 - ÖLKƏ İÇİ

Sabah Ramazan ayının 9-cu günüdür.

Ucnoqta.az xəbər verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, fevralın 27-də imsak saat 05:53-də, iftar isə saat 18:43-dədir.

İmsak duası:
"Allahumməc-əl li fihi nəsibən min rəhmətikəl-vasiə. Vəhdini fihi libərahinikəs-satiə. Və xuz binasiyəti ila mərzatikəl-camiə. Biməhəbbətikə ya əmələl-müştaqin".

Tərcüməsi:
"İlahi, bu gün öz bol rəhmətini mənə nəsib et. Məni öz parlaq dəlillərinlə istiqamətləndir. Məni sənin razılığına bais olan və hər cür xeyri özündə cəm edən əməllərə doğru çək. Məhəbbətinə and verirəm, ey şövqlülərin istəyi!"

Allah orucunuzu qəbul etsin!

Xəbər xətti