ABŞ-nin on iki F-22 qırıcı təyyarəsi İsrailin cənubundakı hava bazasına eniş edib.
Ucnota.az xəbər verir ki, bu barədə dövlət televiziyası Kan məlumat verib.
Məlumata görə, F-22 təyyarələri ABŞ-nin Yaxın Şərqdəki yerləşdirilməsinin bir hissəsi olaraq İsrailə yerləşdirilib.
The Washington Post (WP) qəzetinin əvvəllər peyk görüntülərinə və uçuş məlumatlarının təhlilinə istinadən verdiyi məlumata görə, ABŞ 17 fevralda Cenevrədə Vaşinqton və Tehran arasında aparılan danışıqlardan sonra Avropa və Yaxın Şərqdəki bazalarda 150-dən çox təyyarə yerləşdirərək İran yaxınlığında hərbi mövcudluğunu artırıb.
WP qeyd edib ki, ABŞ-nin regiondakı hazırkı hərbi mövcudluğu 2003-cü ildə İraqda aparılan əməliyyatdan bəri ən böyükdür.