Prezident minimum əmək haqqı ilə bağlı qanunu TƏSDİQLƏDİ

12:40 - 23 Fevral 2026 - Xəbər

Azərbaycanda ildə azı bir dəfə minimum əmək haqqının məbləğinə yenidən baxılacaq.

Ucnoqta.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Əmək Məcəlləsi haqqında Qanuna edilən dəyişiklikdə əksini tapıb.

Dəyişikliyə əsasən, minimum əmək haqqının məbləğinə Nazirlər Kabinetinin təklifləri əsasında Azərbaycan Respublikasının Prezidenti tərəfindən ildə bir dəfədən az olmayaraq yenidən baxılacaq.

Xəbər xətti