"Azərsilah"ın zavodunda qəza oldu

10:25 - 19 Fevral 2026 - Xəbər

Fevralın 18-də "Azərsilah" Müdafiə Sənayesi Holdinqi" QSC-nin strukturuna daxil olan "Sənayecihaz" Elmi-İstehsalat Müəssisəsinin Şirvan şəhərində yerləşən zavodunun sexlərinin birində istehsalat qəzası baş verib.

Bu barədə Ucnoqta.az-a Müdafiə Sənayesi Nazirliyindən bildirilib.

Qeyd edilib ki, qəza nəticəsində xəsarət alan olmayıb.

Hadisənin baş vermə səbəbləri araşdırılır.

Xəbər xətti