ABŞ-nin vitse-prezidenti eyms Devid Vens Mayamidə Rusiya Prezidentinin elçisi Kirill Dmitriyevin rəhbərlik etdiyi Rusiya nümayəndə heyəti ilə məsləhətləşmələrdən sonra Ukraynadakı münaqişənin həlli üçün danışıqlarda irəliləyiş olduğunu açıqlayıb.
Ucnoqta.az xəbər verir ki, o, Britaniyanın "UnHeard" portalına verdiyi müsahibədə bildirib.
"Bu səhər danışıqçılarımızdan yeniləmə aldım. İnanıram ki, əldə etdiyimiz irəliləyiş bütün məsələlərin artıq açıq şəkildə müzakirə olunmasıdır", - Vens qeyd edib.
ABŞ-nin vitse-prezidenti qeyd edib ki, ölkəsi Ukrayna münaqişəsini danışıqlar yolu ilə həll etməyə davam edəcək.