Şirniyyat sexində qəza -  45 yaşlı kişinin əli amputasiya edildi

10:31 - 17 Noyabr 2025 - HADİSƏ

Abşeron rayonunda yerləşən şirniyyat sexlərindən birində faciəvi hadisə baş verib.

Ucnoqta.az xəbər verir ki, Masazır qəsəbəsindəki şirniyyat sexində işləyən 1980-ci il təvəllüdlü qəsəbə sakini Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli aparatda qalıb.

Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.

Araşdırmalar aparılır.

Xəbər xətti