Abşeron rayonunda yerləşən şirniyyat sexlərindən birində faciəvi hadisə baş verib.
Ucnoqta.az xəbər verir ki, Masazır qəsəbəsindəki şirniyyat sexində işləyən 1980-ci il təvəllüdlü qəsəbə sakini Teymur Ramiz oğlu Allahverdiyevin sağ əli aparatda qalıb.
Xəstəxanaya yerləşdirilmiş T.Allahverdiyevin əli amputasiya olunub.
Araşdırmalar aparılır.