Baş nazir Benyamin Netanyahu hesab edir ki, İsrail və ABŞ arasında müttəfiqlik son bir ildə görünməmiş səviyyəyə qədər möhkəmlənib.
Ucnoqta.az xəbər verir ki, Netanyahu İsraildə səfərdə olan ABŞ-ın vitse-prezidenti J.D.Venslə görüşdən sonra deyib. Onun fikrincə, ABŞ-İsrail ittifaqı həm Yaxın Şərqi, həm də dünyanı dəyişir.
Ölkəsinin ABŞ ilə əlaqələrinin möhkəmləndirilməsindən danışan Netanyahu ABŞ prezidenti Donald Trampın xüsusi töhfəsini qeyd edib.