Bakının Qaradağ rayonunun Ələt qəsəbəsində “Mercedes” markalı avtomobil “Azərişıq” ASC-nin yolu keçən iki işçisini vuraraq öldürüb.
Ucnoqta.az bildirir ki, “Qafqazinfo”nun əldə etdiyi xəbərə görə, Ələt qəsəbəsi ərazisində hərəkətdə olan “Mercedes” markalı avtomobili yolu keçən iki piyadanı vurub.
Qəza zamanı ölənlər Salyan sakini, 45 yaşlı Anar Həsənqulu oğlu Bayramov və Salyan rayonu, Həsənli kənd sakini, 1956-cı il təvəllüdlü Manafov Mehdiqulu Allahyar oğludur.
Onlar “Azərişıq” ASC-nin Ələt qəsəbəsində yerləşən Elektrik şəbəkəsinin işçiləri olublar və işdən qayıdarkən hadisə baş verib. Hadisəni eşidən mərhum A.Bayramovun atası 69 yaşlı Həsənqulu Bayramov da infarkt keçirərək ölüb.
Faktla bağlı araşdırma aparılır.