"Barselona" - "Vilyarreal" matçı ləğv edilib

00:35 - 22 Oktyabr 2025 - İDMAN

Futbol üzrə İspaniya Çempionatı (La Liqa) ABŞ-ın Florida ştatının Mayami şəhərində keçiriləcək “Barselona” – “Vilyarreal” matçını ləğv edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə La Liqanın mətbuat xidməti məlumat yayıb.

“La Liqa Mayamidə rəsmi matçın təşkilatçısı ilə müzakirələrdən sonra İspaniyada son bir neçə həftə ərzində yaranmış qeyri-müəyyənliyə görə tədbirin ləğvi barədə qərar qəbul edildiyini elan edib.

Oyun İspaniya liqasının tarixində ölkədən kənarda keçiriləcək ilk oyun olmalı idi və dekabrın 20-də "Hard Rock Stadium"unda keçirilməli idi.

Xəbər xətti