Ermənistan Rusiyadan təcili xahiş etdi

13:27 - 21 Oktyabr 2025 - DÜNYA

Ermənistan hökuməti Rusiya Federasiyasındakı həmkarlarından yük maşını sürücülərinin Rusiyada qalma müddətinin 90 gündən 180 günə qədər artırılmasını xahiş edib.

Ucnoqta.az xəbər verir ki, bu barədə parlamentdə iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

Nazir əlavə edib ki, onun məlumatına görə, artıq Rusiyada müvafiq qanun layihəsi müzakirə olunur.

Artıq bir həftədir ki, Ermənistanda yük maşınlarının sürücüləri hakimiyyətdən Rusiya tərəfi ilə siyasi razılıq əldə etməyi tələb edərək, Rusiyada ildə 90 gün deyil, 180 gün qalmaq üçün etiraz aksiyaları keçirirlər.

Xəbər xətti