Tramp Kolumbiyaya tarif artımını elan edəcək

08:01 - 20 Oktyabr 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp oktyabrın 20-də Kolumbiya məhsullarına rüsumların artırılmasını elan etmək niyyətindədir.

Ucnoqta.az xəbər verir ki, Amerika lideri bu barədə oktyabrın 19-da jurnalistlərə açıqlama verib.

ABŞ prezidenti planları ilə bağlı suala müsbət cavab verib. “Sabah sizə xəbər verəcəm”, o, yeni tarif dərəcəsini müzakirə edərkən əlavə edib.

Tramp Kolumbiyanı narkotik maşını adlandırıb. 

Xəbər xətti