Belçika 2018-ci ildə ABŞ-dan sifariş edilən ilk üç F-35 qırıcısının alınması barədə NATO-ya rəsmi məlumat verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə NATO-nun mətbuat xidməti məlumat yayıb.
NATO mətbuat xidmətininin verdiyi məlumata görə, belçikalı pilotlar "onları artıq ilk dəfə olaraq Floren hava bazasından (Belçikanın cənubunda, Fransa ilə sərhədə yaxın) uçurublar.
NATO vurğulayır ki, bu təyyarələr “alyansın hava məkanının daha yaxşı qorunmasına imkan verəcək.
2018-ci ildə Belçika 35 F-35 təyyarəsi sifariş edib və daha 10 təyyarə sifariş etməyi planlaşdırır.