ABŞ Xüsusi Təyinatlı Qüvvələri bu yaxınlarda Venesuela sahillərində qoşun qaldırma və hücum helikopterlərindən istifadə edərək təlimlər keçirib.
Ucnoqta.az xəbər verir ki, bu barədə The Washington Post (WP) məlumat yayıb.
“Post”un məlumatına görə, təlimlər Karib dənizində oktyabrın əvvəlində “Venesuela sahillərindən 90 mil (145 km) az məsafədə” keçirilib. Onlara "MH-60 Black Hawk" qoşun daşıyıcı və "MH-6 Little Bird" hücum helikopterləri cəlb edilib.
Bu vertolyot növlərinin hər ikisi ABŞ Xüsusi Qüvvələri tərəfindən istifadə olunur. Adı açıqlanmayan ABŞ rəsmisi qəzetə təsdiqləyib ki, təlimlər Latın Amerikasında şübhəli narkotik tədarükçüləri ilə daha geniş münaqişəyə hazırlıq rolunu oynaya bilər.
Bununla belə, eyni rəsmi iddia etdi ki, manevrlər Venesuelaya quru işğalına hazırlıq əlaməti kimi şərh edilməməlidir.