Milli Məclisin növbəti plenar iclası öz işinə başlayıb.
Ucnoqta.az xəbər verir ki, iclasda açılış nitqi ilə çıxış edən Milli Məclisin sədri Sahibə Qafarovanın sözlərinə görə, Azərbaycan 34 il öncə 18 oktyabr 1991-ci ildə müstəqilliyini yenidən bərpa edərək Müstəqllik Aktının qəbul edib. “Ötən bu müddət heç də asan keçməyib. Məhz Ulu öndər Heydər Əliyevin hakimiyyəti gəlişi ilə Azərbaycan üzləşdiyi çətin vəziyyətdən çıxaraq müstəqilliyinin geriyə dönməzliyi təmin edilərək davamlı inkişaf mərhələsinə qədəm qoydu. Cənab Prezident İlham Əliyevin Prezident seçilməsindən sonra isə Azərbaycan sürətli inkişaf mərhələsinə qədəm qoyaraq yüksəlişlərə, qələbələrə, zəfərələrə imza atmış oldu”, - o qeyd edib.
Sədr çıxışının sonunda Milli Məclis adından 18 oktyabr Müstəqilliyin Bərpası Günü münasibəti ilə Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-spiker Mehriban Əliyevaya təbrik məktubu ünvanlamasını təklif etdi.
Milli Məclis adından Prezident İlham Əliyevə və Birinci vitse-spiker Mehriban Əliyevaay təbrik mətkubu ünvanlamasını alqışla qarşıladı.