Son bir həftədir tıxaclar artıq dözülməz həddə çatıb.
Ucnoqta.az xəbər verir ki, bunu aparıcı Tural Yusifov bildirib. "Dünən axşam saat 19:55-də İTV-dən çıxdım. Düz bir saat sonra, 20:55-də ancaq Heydər Əliyev prospektinə çata bildim. O qədər yubanmışdım ki, üzü Siyəzənə getsəydim bəlkə də daha tez çatardım" - o, qeyd edib.
Aparıcı vurğulayır ki, ən qəribəsi isə budur ki, tıxacdan çıxanda niyə orada ilişib qaldığımı anlamadım: "Konkret səbəb yox idi.
Avtobus zolağı olan yollarda isə avtobuslar yanımızdan rahat keçib gedirdi. Onlar bizdən qat-qat şanslı idilər" .