Qazaxıstan ən böyük kokain partiyasını müsadirə edib - 13 ton

16:17 - 5 Sentyabr 2025 - DÜNYA

Qazaxıstan Milli Təhlükəsizlik Komitəsi (DTK) ölkə tarixində ən böyük kokain partiyasının müsadirə edildiyini bildirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Komitənin mətbuat xidməti məlumat yayıb.
Qeyd olunur ki, Milli Təhlükəsizlik Komitəsi beynəlxalq narkotik qaçaqmalçılığı kanalının aradan qaldırılması üçün çoxmərhələli əməliyyat keçirib. Açıqlamaya görə, "respublika tarixində ən böyük tək partiyası olan 13 ton 183 kq narkotik kokain Almatıda ələ keçirilib. Yük Qazaxıstandan keçməklə başqa ölkələrə aparılmalı idi.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, narkotik kanalının təşkilində iştirakda şübhəli bilinən iki xarici ölkə vətəndaşı saxlanılaraq nəzarətə götürülüb.

Xəbər xətti