Azərbaycana internet trafiki təqdim edən əsas operatora kiberhücum olub

17:15 - 21 Avqust 2025 - Xəbər

Bu gün bəzi internet telekommunikasiya operator və provayderlərinin xidmətlərində müvəqqəti ləngimələr müşahidə olunub.

Ucnoqta.az-ın məlumatına görə, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib ki, ölkəyə internet trafiki təqdim edən əsas "backbone" operatorlardan biri olan "Delta Telekom"a qarşı DDoS tipli genişmiqyaslı kiberhücum həyata keçirilib.

Ölkəmizdə internet xidmətlərinin davamlılığı planı çərçivəsində internet provayderləri dərhal alternativ "backbone" operatorlarının şəbəkəsinə yönləndirilib. Qısa müddət ərzində istifadəçilərin internetə çıxışı təmin olunub.

Atılan addımlar nəticəsində "Delta Telekom"a qarşı kiberhücumun qarşısı qısa müddət ərzində alınıb. "Delta Telekom"un xidmətləri bərpa olunub.

Xəbər xətti