İndoneziyanın mərkəzi hissəsində yerləşən Şərqi Yava əyalətində bir gündə Semeru vulkanının dörd yeni püskürməsi baş verib.
Ucnoqta.az xəbər verir ki, bu barədə İndoneziyanın Vulkanologiya və Geoloji Fəlakətlərin Azaldılması Mərkəzinin bəyanatında deyilir.
Məlumata görə, kül kraterdən 1000 metr yüksəkliyə və ya dəniz səviyyəsindən 4676 metr yüksəkliyə çatıb. Qeyd olunur ki, kül cənub-qərb istiqamətində böyük intensivliklə yayılır. Departament sakinləri atılan isti qayaların təhlükəsi səbəbindən kraterə 3 km radiusda yaxınlaşmamağa çağırıb.
Semeru İndoneziyanın dördüncü ən yüksək vulkanıdır (dəniz səviyyəsindən 3676 metr yüksəklikdə) və Yava adasındakı ən yüksək zirvədir.