Rusiya bölgələri üzərində 49 PUA vurulub

08:36 - 21 Avqust 2025 - DÜNYA

Hava Hücumundan Müdafiə Qüvvələri bir gecədə Rusiya regionları və Qara dəniz üzərində Ukraynaya məxsus 49 pilotsuz uçan aparatı məhv edib və ələ keçirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, Rostov vilayətinin ərazisi üzərində 21 PUA, Voronej vilayətinin ərazisi üzərində 7 PUA, Belqorod vilayətinin ərazisi üzərində 5 PUA, Krım Respublikası ərazisi üzərində 4 PUA, Bryansk vilayətinin ərazisi üzərində 3 PUA, Kaluqa vilayətinin ərazisi üzərində 3 PUA, 2 PUA Oryol vilayəti ərazisi üzərində, 2 PUA Qara dəniz üzərində, 1 PUA Kursk vilayəti ərazisi üzərində və 1 PUA Tula vilayəti ərazisi üzərində zərərsizləşdirilib.

Xəbər xətti