Argentinalı “İnter Mayami”nin futbolçusu Lionel Messi Liqa Kubokunun 1/4 final mərhələsində Meksika "Tiqres"inə qarşı keçirilən oyunda iştirak etməyib.
Ucnoqta.az xəbər verir ki, ESPN kanalı qeyd edir ki, hücumçu kiçik əzələ zədəsi səbəbindən oyunu buraxmaq məcburiyyətində qalıb.
Avqustun 3-də Messi meksikalı "Nekasa" ilə matçda (2:2, 5:4 - penaltilərdə) zədələnib. Bundan sonra futbolçu sağ ayağındakı əzələ zədəsi səbəbindən iki oyunu buraxıb.
Avqustun 17-də argentinalı Böyük Futbol Liqasında (MLS) "Los-Anceles Qalaksi" ilə matçda (3:1) fasilədən sonra əvəzedici heyətə daxil olub, qələbə qolunu vurub və həmin matçın yekun qolunda məhsuldar ötürmə edib.