Biləsuvar rayonunda bıçaqlanma hadisəsi olub.
Ucnoqta.az xəbər verir ki, hadisə Nərimankənddə qeydə alınıb.
Kənd sakini 2008-ci il təvəllüdlü K.A-nin həmkəndlisi 1966-cı il təvəllüdlü Azər Babayevi bıçaqlayıb.
Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılan A. Babayev əməliyyat olunub.
Hadisəni törətməkdə şübhəli bilinən yeniyetmənin bacısı A. Babayevin gəlinidir. Hadisəyə ailədaxili münaqişənin səbəb olduğu deyilir.
Faktla bağlı araşdırma aparılır.