Gəncədə “Changan” aptekə girdi

00:44 - 20 Avqust 2025 - AVTO

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az Apa-ya istinadən xəbər verir ki, hadisə şəhərin Nizami Gəncəvi prospektində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Hyundai" markalı minik avtomobili yolda hərəkətdə olan “Changan” markalı avtomobillə toqquşub.

Daha sonra “Changan” idarəetmədən çıxaraq yol kənarındakı aptekə çırpılıb.

Qəza nəticəsində 4 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.

Xəbər xətti