Starmer Zelenski ilə görüşəcək

09:33 - 14 Avqust 2025 - DÜNYA

Böyük Britaniyanın baş naziri Key Starmer Londona elan olunmamış səfərlə gələn Ukrayna prezidenti Volodimir Zelenskini cümə axşamı öz iqamətgahında qəbul edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə Britaniya Nazirlər Kabinetinə istinadən Sky News məlumat yayıb.

Telekanalın məlumatına görə, onların söhbəti avqustun 15-də Alyaskada Rusiya prezidenti Vladimir Putinlə Amerika lideri Donald Tramp arasında keçiriləcək danışıqlara həsr olunacaq.

Xəbər xətti