Laçında qardaş qardaşı güllələdi

19:31 - 12 Avqust 2025 - ÖLKƏ İÇİ

Avqustun 12-də Laçın rayonunda qətl hadisəsi baş verib.

APA-nın əldə etdiyi məlumata görə, Səfər Quliyev ov tüfəngi ilə öldürülüb.

Polis cinayət əməlini törətməkdə şübhəli bilinən, S.Quliyevin qardaşı, 1973-cü il təvəllüdlü Xasay Quliyevi saxlayaraq istintaqa təhvil verib.

Hadisənin ailə münaqişəsi zəminində baş verdiyi bildirilir.

Araşdırmalar aparılır.

Xəbər xətti