Tramp Vaşinqtonu “Azad gün” elan edib

23:10 - 11 Avqust 2025 - DÜNYA

ABŞ prezidenti Donald Tramp avqustun 11-ni Vaşinqton üçün “Cinayətdən azad gün” elan edib.

Ucnoqta.az xəbər verir ki, Tramp "Truth Social"da yazıb. 
"Vaşinqton, D.C. bu gün azad olacaq! Cinayət, zorakılıq, çirkinlik və pislik yox olacaq. Paytaxtımızı yenidən möhtəşəm edəcəm!"-deyə prezident Tramp əlavə edib ki, ABŞ-Meksika sərhədində qeyri-qanuni mühacirlərlə mübarizədə olduğu kimi Vaşinqtonu da "təmizləmək" niyyətindədir.

Bazar ertəsi Ağ Evin rəhbəri cinayətlə mübarizə üçün paytaxta Milli Qvardiya qoşunlarının yeridildiyini elan edib və qeyd edib ki, şəhərin polis qüvvələri “birbaşa federal nəzarətə” veriləcək.
Amerika lideri həmçinin etiraf edib ki, lazım gələrsə, Vaşinqtonda təhlükəsizliyi təmin etmək üçün hərbçilər cəlb oluna bilər.

Xəbər xətti