Dünyanın ən yaxşı qapıçılarından biri komandasından ayrılacaq

20:49 - 11 Avqust 2025 - İDMAN

İtaliya millisinin və Fransanın PSJ-nin qapıçısı Canluici Donnarumma UEFA Superkuboku matçı üçün heyətdən çıxarılıb və komandadan ayrılacaq.

Ucnoqta.az xəbər verir ki, bu barədə öz Telegram kanalında insayder Fabrizio Romano məlumat verib.

Qeyd olunur ki, İtaliya millisinin 26 yaşlı qolkiperi müqaviləni yeniləməkdən imtina edib və tərəflər arasında münasibətlər "tamamilə pozulub".

Xəbər xətti