Serbiyanın Vrbas şəhərində Serbiyada keçirilən etiraz aksiyaları nəticəsində 16-sı polis olmaqla, 70-ə yaxın adam yaralanıb.
Ucnoqta.az xəbər verir ki, bu barədə avqustun 13-də polis direktoru Draqan Vasilyeviç Serbiyanın RTS milli televiziyasına məlumat verib.
Hadisənin avqustun 12-də axşam saatlarında bir qrup vətəndaşın Serbiya Tərəqqi Partiyası və onun tərəfdarlarının binası qarşısında etiraz aksiyası keçirməsi zamanı baş verdiyi dəqiqləşdirilir. Vasilyeviçin sözlərinə görə, təkcə Vrbasda 16 polis əməkdaşı yaralanıb, 52 vətəndaş isə tibbi yardıma müraciət edib.