“WhatsApp” Rusiyadakı istifadəçilərə ünsiyyət imkanı verəcək

07:47 - 14 Avqust 2025 - DÜNYA

“WhatsApp” messenceri Rusiyada xidmətdə zənglərin qismən məhdudlaşdırılmasını şərh edərək bildirib ki, bütün dünya üzrə istifadəçilərə başdan-ayağa şifrələmə ilə qorunan rabitəyə çıxışı təmin etmək üçün “mümkün olan hər şeyi” edəcək.

Ucnoqta.az xəbər verir ki, bu barədə messencerin X səhifəsində dərc edilən açıqlamada deyilir.
“Biz başdan-ayağa şifrələmə ilə qorunan rabitənin Rusiya da daxil olmaqla bütün dünyada insanlar üçün əlçatan olmasını təmin etmək üçün mümkün olan hər şeyi etməyə davam edəcəyik”, - bildirilib.

Xidmətin məlumatına görə, Rusiyada təxminən 100 milyon “WhatsApp” istifadəçisi var.

Xəbər xətti