Avropa Komissiyasının sədri Ursula von der Leyen ABŞ prezidenti ilə Aİ liderləri arasında "koordinasiyanı davam etdirməyə" razılaşdıqları video konfransın başa çatdığını elan etdi.
Ucnoqta.az xəbər verir ki, bu barədə o, X sosial şəbəkəsində yazıb.
“Bu gün ABŞ prezidenti Donald Tramp, Avropa liderləri və Volodimir Zelenski ilə mən çox yaxşı söhbət etdik. Biz qarşıdan gələn Alyaskada keçiriləcək ikitərəfli sammiti ilə bağlı fikir mübadiləsi apardıq. Biz koordinasiyanı davam etdirməyə razılaşdıq”, o yazıb.