Ötən il süni mayalanma ilə uşaq dünyaya gətirən qadınların sayı məlum olub

16:09 - 8 Avqust 2025 - Cəmiyyət

Ötən il Azərbaycanda 392 qadın süni mayalanma (ekstrakorporal mayalandırma) ilə uşaq dünyaya gətirib.

Ucnoqta.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən "Report"un sorğusuna cavab olaraq bildirilib.

Bu, 2023-cü illə müqayisədə 62 nəfər azdır:

"Həmçinin ekstrakorporal mayalandırma nəticəsində 2021-ci ildə 391, 2022-ci ildə 395 qadınının hamiləliyi doğuşla başa çatıb".

Xəbər xətti