Qarabağ Universiteti ilə Dövlət Vergi Xidməti arasında memorandum imzalanıb

12:43 - 26 May 2025 - Cəmiyyət

Qarabağ Universiteti ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Ucnoqta.az xəbər verir ki, sənəddə təlim və elmi-tədqiqat sahələrində əməkdaşlığın qurulması, ortaq layihələrin həyata keçirilməsi, tələbələrin inkişafına yönəlmiş fəaliyyətlərin təşkili və qarşılıqlı faydalı əlaqələrin gücləndirilməsi nəzərdə tutulur.

Memoranduma əsasən, tərəflər təcrübə və bilik mübadiləsi aparmaqla qarşılıqlı maraq kəsb edən sahələrdə uğurlu və faydalı əməkdaşlığın qurulmasını təmin edəcəklər.

Görüş çərçivəsində DVX rəhbərliyi Qarabağ Universitetində yaradılmış müasir tədris infrastrukturu ilə tanış olub, müəllim-tələbə heyəti ilə görüşüb.


Xəbər xətti